Xəbər lenti

Aİ-nin xüsusi nümayəndəsi Ermənistan prezidenti ilə görüşüb
Dünya18:46 21.10.2016

Aİ-nin xüsusi nümayəndəsi Ermənistan prezidenti ilə görüşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yerevanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndəsi Gerbert Zalber Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşüb.

Erməni mətbuatı xəbər verir ki, bu barədə Serj Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

Ermənistan prezidenti və Aİ-nin xüsusi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində son tendensiyalar ətrafında fikir mübadiləsi aparıblar.

Həmsöhbətlər görüş zamanı, həmçinin regional məsələləri də müzakirə ediblər. (Virtualaz.org)

Qaynarinfo.Az