Avropa İttifaqı qaz anbarlarının doldurulması məqsədinə vaxtından iki ay tez nail olub.
Bu barədə Qaynarinfo Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə istinadən xəbər
verir.
"Aİ səviyyəsində biz mənbələri şaxələndiririk, qənaət edirik və enerjini qoruyuruq. Qaz anbarlarımız artıq 80% doludur. Lakin Rusiyanın enerji mənbələrindən asılılığımızı azaltmaq üçün bərpa olunan enerji mənbələrinə ehtiyacımız var", - fon der Lyayen yazıb.
Qeyd edək ki, Aİ noyabrın 1-nə qədər qaz anbarlarının 80%-nin doldurulmasını planlaşdırsa da, bunu nəzərdə tutulandan iki ay tez həyata keçirə bilib.
Nizami Bağırov