Xəbər lenti

Aİ Qərbi Afrikada yeni mülki-hərbi missiya yerləşdirməyi planlaşdırır
Dünya11:30 27.08.2023

Aİ Qərbi Afrikada yeni mülki-hərbi missiya yerləşdirməyi planlaşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı Qərbi Afrikada yeni mülki-hərbi missiya yerləşdirməyi planlaşdırır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Welt" yazır.
"Qana, Toqo, Benin və Kot-d'İvuarda yeni missiya üçün ilk mesaj payızda verilməlidir", deyə xəbərdə bildirilir.
Qeyd olunur ki, missiyanın məqsədi antiterror əməliyyatlarının yerləşdirilməsinə hazırlıq üzrə təlimlər keçirməkdir.
Qvineya Körfəzi ölkələrində yerləşdiriləcək missiyadakı mülki şəxslərin və hərbçilərin sayı məlum deyil.
Missiyanın həm də yerli təhlükəsizlik qüvvələrinin gücləndirilməsi, onlara texniki dəstəyi və təhlükəsizlik sektorunda etimadın yaradılmasına yönələcəyi vurğulanır.
Aydın