Xəbər lenti

Aİ Qırmızı dənizdəki hərbi missiya ilə bağlı məsləhətləşmələrə başlayacaq
Dünya16:47 08.01.2024

Aİ Qırmızı dənizdəki hərbi missiya ilə bağlı məsləhətləşmələrə başlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aİ diplomatiyasının rəhbəri Cosep Borrel bu həftə Aİ-yə üzv ölkələrlə Qırmızı dənizdə xüsusi Avropa missiyasının keçirilməsinin mümkünlüyü ilə bağlı məsləhətləşmələrə başlamağa hazırlaşır.
Qaynarinfo Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə Birliyin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib https://ria.ru/20240108/borrel-1920162604.html .
"Cosep Borrel Qırmızı dənizdə xüsusi Avropa missiyası təklif etmək niyyətindədir. İstənilən mülki və hərbi missiya Avropa Xarici Fəaliyyət Xidməti, Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi tərəfindən təklif edilir və Şura tərəfindən təsdiqlənir. Belə bir təkliflə bağlı məsləhətləşmələr bu həftə başlayır, qərar Aİ-yə üzv dövlətlərin ixtiyarındadır”, - deyə Stano Brüsseldə brifinq zamanı bildirib. 
Xatırladaq ki, bir gün əvvəl ABŞ-ın Dövlət katibi Entoni Blinken "Husi”lərin gəmilərə hücumları səbəbilə qlobal daşımaların 20%-nin pozulduğunu söyləyib. O qeyd edib ki, artıq 20 ölkə baş verənlərə görə husilərin məsuliyyət daşıyacağını açıq şəkildə bəyan edib. Onlar ABŞ-la birlikdə Qırmızı dənizdəki gəmiləri qorumaq üçün "Prosperity Guardian” əməliyyatına başlayıblar.
Noyabr ayında Yəmən husiləri Qırmızı dənizdəki bütün İsrail gəmilərinə hücum etmək niyyətində olduqlarını açıqlayıblar və digər ölkələri husilərin potensial hədəflərindən "uzaq durmağa” çağırıblar. Bundan sonra hərəkat bir neçə gəmiyə hücum edib. 
Nizami Bağırov