Xəbər lenti

Aİ qorxur ki, Di Vens Trampı Kiyevdən əlini çəkməyə sövq edə bilər - WSJ
Dünya 10:07 18.07.2024

Aİ qorxur ki, Di Vens Trampı Kiyevdən əlini çəkməyə sövq edə bilər - WSJ

Donald Trampın senator Cey Di Vensi vitse-prezident seçmək qərarı Avropada narahatlıq yaradıb, xüsusən də seçkidə qalib gəlsələr, Vens onsuz da şübhə ilə yanaşan Trampı Rusiyaya qarşı müharibədə "Ukraynadan əl çəkməyə” sövq edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Wall Street Journal” nəşri yazır və Vensi "Ukraynanın böyük tənqidçisi” adlandırır.

"Avropa paytaxtlarında qorxurlar ki, ABŞ-ın güclü yardımı olmasa, Ukrayna Moskva ilə istənilən sülh danışıqlarında daha az təsir rıçaqına malik olacaq və ya müharibəni tamamilə uduzacaq”, - nəşr yazır.

WSJ jurnalistləri iddia edirlər ki, iyulun 16-da Miluokidə (Viskonsin ştatı) bölgəyə xarici investisiyaların cəlb edilməsinə həsr olunmuş tədbirdə toplaşan bir qrup xarici səfir və digər diplomatlar arasında məhz bu cür əhval-ruhiyyə hökm sürürdü.

"Ukrayna problem içindədir" deyə Miluokidə  WSJ jurnalı ilə söhbətində yüksək səviyyəli Avropa rəsmilərindən biri Trampın bu seçimini qısaca qiymətləndirib. 

Nəşr xatırladır ki, Vens "Ukraynanın maliyyələşdirilməsinə qarşı çıxan ifrat mühafizəkar respublikaçılar arasında aparıcı səsdir - bu, )Kiyevə dəstək) məsələni ABŞ-ın milli təhlükəsizliyinin imperativi hesab edərək demokratların tərəfini tutan partiyanın bir çox "şahinləri" ilə ziddiyyət təşkil edir."
Keçmiş respublikaçı konqresmen, Trampın açıq tənqidçisi Liz Çeyni artıq Vensi Ukraynaya yardımla bağlı mövqeyinə görə tənqid edib.

"O, Rusiyaya təslim olacaq və Ukraynadakı müttəfiqlərimizin azadlığını qurban verəcək. Trampın Respublikaçılar partiyası artıq Linkolnun, Reyqanın və ya Konstitusiyanın partiyası deyil” deyə Çeyni "Network X” proqramında bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->