Dünya 12:40 01.06.2022

Aİ Rusiya neftinə rüsum tətbiq etməyi təklif edə bilər - "Financial Times"

Avropa İttifaqı ölkələri boru kəmərləri vasitəsilə tədarükün dayandırılmasının vaxtı ilə bağlı razılığa gəlməsələr, Avropa Komissiyası Rusiya neftinə rüsum tətbiq etməyi təklif edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Qeyd olunur ki, belə bir qərar embarqonun tətbiqindən sonra hazırda Macarıstan və digər ölkələr üçün boru kəmərlərilə tədarük olunan nefti almaqdan imtinanın son tarixlərin olmaması ilə bağlıdır.
 
Avropa Komissiyasındakı mənbə bildirib ki, Macarıstanın sadəcə olaraq vaxtı uzatdığına dair şübhələr yaranarsa, rüsumların tətbiqi təklif ediləcək.

"Daha uyğun variant idxalın qadağan edilməsidir. Ancaq rüsumun tətbiq edilməsi nəzərdən keçirə biləcəyimiz alternativ bir imkandır ", deyə mənbə qeyd edib.
 
Nizami Bağırov