Xəbər lenti

Aİ Rusiyanı cilovlamaq üçün qoşun və silahların qitə üzrə hərəkət planını hazırlayıb -
Dünya 12:00 19.11.2025

Aİ Rusiyanı cilovlamaq üçün qoşun və silahların qitə üzrə hərəkət planını hazırlayıb - "Politico"

Avropa Komissiyası bürokratik prosedurları azaltmaq və qitə boyunca qoşunların və silahların daşınmasını sadələşdirmək üçün vəsait ayırmaq niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico”nun əldə etdiyi hərbi mobilliklə bağlı sənəddə deyilir.

Bu sənəd çərşənbə günü qanunvericilik təklifi ilə birlikdə açıqlanacaq hərbi mobillik paketinin bir hissəsidir.

15 səhifəlik sənəddə qeyd olunur:

"Hərbi mobillik Avropanın öz rəqiblərini etibarlı şəkildə çəkindirməsi və istənilən böhrana reaksiya verməsi üçün təcili şəkildə ehtiyac duyduğu müdafiə vəziyyətinin və imkanlarının əsas amilidir”.

Planın əsasını yeni Avropa Gücləndirilmiş Hərbi Mobillik Reaksiyası Sistemi (EMERS) təşkil edir. Bu sistem fövqəladə vəziyyət zamanı üzv dövlətlərə və ya Komissiyaya nəqliyyatla bağlı adi qaydaları müvəqqəti dayandırmağı təklif etməyə imkan verəcək.

Sistem işə düşdükdən sonra hərbçilərə infrastrukturdan, nəqliyyat vasitələrindən, əsas xidmətlərdən prioritetli istifadə imkanı veriləcək.

Sürətli və genişmiqyaslı hərbi hərəkət tələb edən vəziyyətlər nadir hallarda əvvəlcədən elan olunur. Əgər qaydalar yenilənməzsə, çəkindirmə tədbirləri "teorik olaraq qalacaq deyə sənəddə vurğulanıb.

"Politico” yazır ki, hazırda Aİ və NATO qoşunların, silahların, sursatın və yanacağın Qərbi Avropadan Rusiyanın potensial hücum xəttinə — Şərqə — sürətli daşınmasını əlçatan etmək üçün qaydaları sadələşdirməyə çalışır.

Lakin yollar, körpülər, dəmir yolları və mövcud bürokratiyatəcili reaksiyaya uyğun deyil.

Bir sıra ölkələr hərbi texnikanın öz ərazilərindən keçməsinə icazə verməzdən əvvəl 45 gün əvvəlcədən xəbərdarlıq tələb edir.

Aİ-nin nəqliyyat komissarı Apostolos Tsitsikostas bildirib ki, Aİ hərbi texnika üçün Şengenə bənzər "açıq sərhəd zonası” yaratmalıdır.

Onun sözlərinə görə:

"Sürətlə hərəkət etməliyik. Avropanın öyrəşdiyindən daha sürətli”.

Hədəf — 2030-cu ilə qədər yeni baza yaratmaqdır.

Sistem təsdiqlənərsə, o:

• standart gömrük və nəqliyyat qaydalarından istisnalar tətbiq edəcək,
• sürücülərin iş və istirahət vaxtı məhdudiyyətlərinin yumşaldılmasına imkan verəcək,
• xüsusi, sürətli gömrük prosedurları tətbiq edəcək.

Sistem 1 ilə qədər qüvvədə qala bilər; onun aktivləşməsi isə Aİ Şurası tərəfindən 48 saat ərzində təsdiqlənəcək.

Komissiya istəyir ki, Aİ 2027-ci ildən başlayacaq növbəti yeddiillik büdcədə hərbi mobilliyə 17,7 milyard avro ayırsın. Bu, mövcud büdcədəki 1,7 milyarddan 10 dəfə çoxdur.

Sənəddə qeyd olunur ki, Avropanın infrastrukturu kiberhücumlara, hibrid təhdidlərə qarşı daha yaxşı qorunmalıdır. Blok dövlətlərində son vaxtlar bu cür hücumlar artıb. Məsələn, Polşanın kritik dəmir yolu xəttində baş vermiş son partlayış hökumət tərəfindən "sabotaj” adlandırılıb.

Sənədin sonunda vurğulanır ki, Avropa həlledici addımlar atmalıdır. Görülən işlərə baxmayaraq, Aİ hələ də parçalanmış yanaşmalarla bağlı əl-qolu bağlı vəziyyətdədir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->