Avropa İttifaqı Şurası Rusiyanın Ukraynaya, Yaxın Şərq və Qırmızı dəniz bölgəsindəki silahlı qrup və qurumlara qarşı işğalçı müharibəsinə İranın hərbi dəstəyi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin müddətini 27 iyul 2025-ci ilə qədər uzadıb.
Bu barədə Qaynarinfo Şuranın saytına istinadən xəbər
verir.
Hazırda sanksiya rejimi 12 fiziki şəxsə və 9 təşkilata şamil edilir. Bu şəxslərin aktivləri dondurulur və onlara və ya onların xeyrinə birbaşa və ya dolayı yolla vəsait və ya iqtisadi resursların verilməsi qadağandır. Bundan əlavə, bu şəxslər Aİ-nin səyahət qadağasına məruz qalırlar.
Nizami Bağırov