Avropa İttifaqı Krım və Sevastapolun qanunsuz ilhaqı səbəbindən Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini daha 1 il uzadıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qərara əsasən məhdudlaşdırıcı tədbirlər 23 iyun 2021-ci ilə qədər davam edəcək.
Sanksiyalar Aİ vətəndaşlarının və şirkətlərinin Krım və Sevastapol bölgələrindəki fəaliyyətinin məhdudlaşdırılması, eyni zamanda buradan məhsul idxalına qadağa qoyulmasını özündə əks etdirir. Həmçinin Aİ vətəndaşları və şirkətləri buradan əmlak ala və bölgədəki şirkətləri maliyyələşdirə bilmir.
Digər tərəfdən Krıma informasiya, telekommunikasiya və enerji sektorlarında istifadə ediləcək mal və texnologiya məhsulları ixrac edilmir. Xüsusən də neft, təbii qaz və mədən axtarış, çıxarma və istehsalı ilə bağlı texnoloji avadanlıqlarla təchiz edilmir.
Qeyd edək ki, Rusiya 2014-cü ilin martında Krımı və Sevastapolu ilhaq edib. Hadisədən sonra Aİ, ABŞ və digər bəzi ölkələr Rusiyaya sanksiya tətbiq ediblər.
Camal