Xəbər lenti

Aİ Rusiyaya tədarük kanallarını bağlamağa çalışır
Dünya 22:21 20.08.2024

Aİ Rusiyaya tədarük kanallarını bağlamağa çalışır

Sərt sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı böyüməyə davam edir. Mütəxəssislər bunu Avropa İttifaqının hələ də üçüncü ölkələr vasitəsilə məhdudiyyətlərdən yayınmaq üçün kanalları tam bağlamaması ilə əlaqələndirirlər.

Qaynarinfo bu barədə "The Economist"ə istinadən xəbər verir.

Rəsmi statistika Aİ-dən Ermənistan, Qazaxıstan və Türkiyəyə, o cümlədən kimyəvi, elektronika və maşınqayırma kimi qadağan olunmuş kateqoriyalar üzrə tədarükün kəskin artdığını qeyd edir. Mütəxəssislər hesab edirlər ki, bu malların əhəmiyyətli bir hissəsi sonradan Rusiya Federasiyasında başa çatır. Eyni zamanda, üçüncü ölkələr istehsalı genişləndirməklə Rusiya üçün ikili təyinatlı mallar istehsal edə bilərlər.

Belə ki, ABŞ kəşfiyyatının məlumatına görə, türk şirkətləri Rusiya hərbi-sənaye kompleksinin ehtiyacları üçün pilotsuz təyyarələrin yığılması və elektronikanın istehsalını qurublar. Aİ siyasətçiləri ciddi sanksiyaların sızdığını etiraf edirlər, lakin müttəfiqlərə təzyiqin artmasından ehtiyat edirlər.

Dekabr ayında Ermənistan və Özbəkistan firmalarına qarşı ilk məhdudiyyətlər tətbiq edilib. Eyni zamanda, avropalılar problemlə bağlı dialoqa hazırdırlar və danışıqlar prosesi nəticə verməsə, əlavə sanksiyalar variantını nəzərdən keçirirlər.

Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Tomas Baggerin sözlərinə görə, bundan əvvəl məlum olub ki, anti-Rusiya sanksiyaları Almaniya iqtisadiyyatına ciddi təsir göstərməyib. Rusiya ilə ticarətin azalmasına baxmayaraq, tədarük zəncirləri sabit qalıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->