Xəbər lenti

Aİ sanksiyaların ləğvindən sonra dondurulmuş aktivlərdən əldə olunan gəlirləri Rusiyaya köçürməyəcək
Dünya 14:05 22.05.2024

Aİ sanksiyaların ləğvindən sonra dondurulmuş aktivlərdən əldə olunan gəlirləri Rusiyaya köçürməyəcək

Avropa İttifaqı dondurulmuş aktivlərdən əldə olunan gəlirləri sanksiyaların ləğvindən sonra belə Rusiyaya köçürmək niyyətində deyil. Aİ Şurası Rusiyanın gəlirlərini suveren aktivlər kimi təsnif etməmək qərarına gəlib. Qərar mayın 23-dən qüvvəyə minəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc edilmiş Aİ Şurasının qərarında deyilir.

"Mövcud qaydalara uyğun olaraq, əməliyyatlara qoyulan qadağa aradan qaldırıldıqdan sonra belə, Rusiya Mərkəzi Bankına gözlənilməz və fövqəladə gəlirlər təqdim edilməməlidir", deyə sənəddə qeyd edilir.

"Aİ Şurası Rusiya aktivlərinin "suveren aktivlər kimi təsnif olunmadığına və buna görə də suveren aktivlərin qorunması qaydaları onlara şamil edilməyəcəyinə" qərar verib. Aİ Şurası gözlənilməz və fövqəladə gəlir dedikdə, məhdudlaşdırıcı tədbirlər nəticəsində yığılan gəliri nəzərdə tutur.
Rusiyanın Avropa İttifaqındakı nümayəndəliyinin mətbuat xidməti Aİ Şurasının qərarını oğurluq adlandırıb və bəyan edib ki, "yaradılan presedentin nəticələri Avropa İttifaqı üçün gözlənilməz olacaq", sənəddə əlavə edilir.

Xatırladaq ki, mayın 21-də Avropa Komissiyası Rusiya Mərkəzi Bankının aktivlərindən ilk gəlirin iyulda Ukraynaya köçürüləcəyini açıqlayıb. 2024-cü ildə Avropa Sülh Fondu vasitəsilə əldə edilən gəlirin 90%-nin Ukraynaya yönəldilməsi planlaşdırılır. 2024-cü ildə Ukrayna 3 milyard avro ala bilər. Ukraynada müharibə başlayandan sonra Avropa İttifaqı və G7 ölkələri Rusiya Mərkəzi Bankının təxminən 280 milyard dollar aktivini dondurub. Onların əksəriyyəti Belçikanın Euroclear depozitariasında saxlanılır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->