Xəbər lenti

Aİ Ukraynaya ABŞ yardımını kompensasiya edə bilməyəcək - Borrel
Dünya11:00 05.10.2023

Aİ Ukraynaya ABŞ yardımını kompensasiya edə bilməyəcək - Borrel

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa ABŞ-ın Ukraynaya etdiyi yardımı əvəz edə bilməyəcək. Bununla belə, Avropa İttifaqı dəstəyi artıracaq.
Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, bu sözləri Avropa diplomatiyasının rəhbəri Cosep Borrel deyib.
Borrell bildirib ki, ABŞ Konqresinin Ukraynaya əlavə yardımı büdcəyə daxil etməmək qərarı "əlbəttə ki, yaxşı xəbər deyil, amma ümid edirəm ki, bu, Birləşmiş Ştatların birmənalı mövqeyi olmayacaq”.
"Ukraynanın Avropa Birliyinin dəstəyinə ehtiyacı var” deyən diplomat, Aİ-nin dəstəyi artıracağını, lakin Kiyevin Vaşinqtonun da köməyinə ehtiyacı olduğunu bildirib.
Borrel vurğulayıb ki, Ukraynaya yardım məsələsində "Avropa ABŞ-ı əvəz edə bilməz”.
Xatırladaq ki, ABŞ Konqresi müvəqqəti büdcə qanununa Ukraynaya yardım üçün yeni maliyyə vəsaitini daxil etməyib. Onlar bu məsələyə ayrıca baxmaq istəyirlər.
Bundan əlavə, Nümayəndələr Palatası Ukraynaya hərbi yardımı dəstəkləyən spiker Kevin Makkarti vəzifəsindən azad edib.
Bütün bunların fonunda Pentaqon artıq Ukraynaya silah tədarükü ilə bağlı mümkün problemlər barədə Konqresə xəbərdarlıq edib.
Nizami Bağırov