Xəbər lenti

Aİ Ukraynaya hərbi missiyaların göndərilməsini müzakirə edir - FT
Dünya14:09 29.06.2023

Aİ Ukraynaya hərbi missiyaların göndərilməsini müzakirə edir - FT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttfaqı liderləri Brüsseldə keçirilən sammitdə Ukraynaya "təhlükəsizlik öhdəliyi” çərçivəsində hərbi missiyaların göndərilməsi imkanını müzakirə edirlər, bir şərtlə ki, belə bir addım bütün Aİ ölkələri tərəfindən məqsədəuyğun hesab edilsin. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
FT-nin həmsöhbəti aydınlaşdırıb ki, söhbət Ukraynaya Aİ ölkələrindən müxtəlif formada hərbi yardımın göstərilməsinə zəmanət verən sənədin yaradılmasından gedir. Mənbə izah edib ki, bu cür öhdəliklərin qəbulu müttəfiqlərin NATO-ya daxil olana qədər Ukraynanı dəstəkləməyə hazır olmasının ara təminatı ola bilər.
Müzakirələrdə iştirak edən diplomatlardan biri nəşrə bildirib ki, Fransa təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannamələr hazırlayır. Onun sözlərinə görə, sənəd Ukrayna və Rusiyaya Qərbin Kiyevə hərbi dəstəyi zəiflətmək niyyətində olmadığına dair "aydın siyasi siqnal verməlidir”.
Mənbələr bu təşəbbüsün bəzi neytral Aİ ölkələrinin müqaviməti ilə üzləşdiyini bildirir. Söhbət, xüsusən, Ukrayna qarşısında öhdəliklərinin daha dəqiq müəyyən edilməsini istəyən İrlandiya, Malta və Avstriyadan gedir. "Biz Ukraynanı maliyyə və siyasi cəhətdən dəstəkləyirik. Biz təhlükəsizlik öhdəliyi götürməkdən məmnunuq, lakin bir ölkə olaraq edə bilməyəcəyimiz şey qarşılıqlı müdafiə öhdəliyi götürməkdir, çünki bu, bizim neytrallıq siyasətimizi pozacaq”, deyə İrlandiyanın baş naziri Leo Varadkar FT-yə bildirib.
Aydın