Xəbər lenti

Aİ Şurası 2030-a qədər enerji istehlakını azaltmaqla bağlı yeni qayda qəbul etdi
Dünya13:51 25.07.2023

Aİ Şurası 2030-a qədər enerji istehlakını azaltmaqla bağlı yeni qayda qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı Şurası 2030-cu ilə qədər enerji istehlakının 11,7% azaldılması qaydalarını təsdiqləyib. Ukraynada müharibə başlamazdan əvvəl Aİ istehlakı 9% məhdudlaşdırmağı planlaşdırırdı. Şura həmçinin təsdiq edib ki, illik enerjiyə qənaət hədəfi 2024-cü ildən 2030-cu ilə qədər tədricən artacaq: 1,49%-dən 1,9%-ə.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının press-relizində deyilir. 
Press-relizdən aydın olur ki, Aİ üzvləri üçün son istehlak limiti neft ekvivalentində 763 milyon ton, ilkin üçün isə 993 milyon ton səviyyəsində müəyyən edilib. Son istehlak həddi məcburi, ilkin həddi isə təxmini olacaq.
Hər bir Aİ ölkəsinin enerji istehlakına qənaətdə payının xüsusi formulla hesablanması planlaşdırılır. Onlar enerji intensivliyini, adambaşına düşən ÜDM-i, bərpa olunan enerjinin inkişaf səviyyəsini və enerjiyə qənaət potensialını nəzərə alacaqlar. Hesablamalardan 2,5% -ə qədər sapmaya icazə verilir.
Qayda Aİ-nin 2030-cu ilə qədər istixana qazı emissiyalarını 55% azaltmaq və 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq üçün nəzərdə tutulmuş "Fit for 55” paketinin bir hissəsi kimi müəyyən edilir. Buraya bərpa olunan enerji mənbələrinə keçid, iqtisadiyyatın bütün sahələrində emissiyaların azaldılması daxildir.
Nizami Bağırov