Xəbər lenti

Aİ Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqlədi
Dünya 13:52 20.05.2025

Aİ Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı ölkələrinin xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri Brüsseldə keçirilən görüşdə nəhayət Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyiblər. 

Qaynarinfo-nun məlumatına görə, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, paketə Rusiya ilə əlaqəli olduğu güman edilən 200-ə yaxın tanker daxildir.

Xanım Kallas X sosial şəbəkəsində yazıb: "Yeni tədbirlər həm də hibrid təhdidlərə və insan hüquqlarına yönəlib. Rusiyaya qarşı yeni sanksiyalar inkişaf mərhələsindədir. Rusiya nə qədər uzun müddət müharibə aparsa, bizim cavabımız bir o qədər sərt olar".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->