Avropa İttifaqı qeyri-hökumət təşkilatlarını, məsləhətçiləri və elmi qurumları Aİ hüdudlarından kənardan istənilən maliyyə vəsaitini açıqlamağa məcbur edəcək qanunun öz versiyasını hazırlayır.
Bu barədə Qaynarinfo "Politico”ya istinadən
yazır.
Məlumdur ki, qanun layihəsi ilkin hazırlıq mərhələsindədir. Bununla belə, o, ABŞ və Avstraliyada olduğu sxem üzrə hazırlanacaq. Məsələn, ABŞ-da 1938-ci ildən bəri xarici hökumətlər adından işləyən lobbiçilərdən federal hökumətdə qeydiyyatdan keçmələri tələb olunur.
Qeyd olunur ki, qanunun Avropa versiyası çətin ki, fərdləri hədəf alsın. Lakin qanun İttifaqdakı həm kommersiya, həm də qeyri-kommersiya təşkilatlarını Aİ-dən kənar maliyyələşdirməni açıqlamağa məcbur edəcək.
Lakin analoji qanunun qəbulu fonunda Gürcüstanda baş verən etirazları nəzərə alaraq Aİ-nin bəzi rəsmiləri belə bir qanunun qəbulunun vaxtında olmadığını düşünürlər.
Qeyri-hökumət təşkilatları bu qanun layihəsi ilə bağlı narahatlıqlarını bildiriblər. Onlar qanunun ölkələrdəki demokratiya tərəfdarlarını sıxışdırmaq üçün silah kimi istifadə oluna biləcəyindən narahat olduqlarını qeyd ediblər.
Nizami Bağırov