Amerikalı qadın ailə psixoloquna gedən yolda maşınla sevgilisinin üstünə çıxıb.
Qaynarinfo bu barədə "Inside Edition"a istinadən xəbər verir.
Qadının sözlərinə görə, bundan bir qədər əvvəl onlar arasında mübahisə olub. Mediada yayılan məlumata görə, 30 yaşlı Veronika Qast sevgilisi ilə ailə psixoloqunun qəbuluna gedərkən aralarında mübahisə yaranıb. Kişi sevgilisinin idarə etdiyi avtomobildən düşüb və evə qayıtmaq qərarına gəlib.
Lakin o, evə çata bilməyib. Veronika Qast avtomobili ilə qəsdən onun üzərinə sürüb. Polis kişinin xəsarət aldığını bildirib. Veronika Qast həbs olununub və məişət zorakılığı, hücum və nəqliyyat vasitəsi ilə cinayət üzrə ittiham edilir.
Aydın