Hindistanın paytaxtı Yeni Delhidə qeyri-adi cinayət hadisəsi qeyd alınıb.
Qaynarinfo xəbər verir ki, bir nəfər ailəsinin sığortadan pul alması üçün sosial şəbəkə üzərindən tapdığı 4 nəfərə özünü öldürdüb.
NDTV kanalında yer alan xəbərə görə Şanu Bansal adlı qadın iyunun 10-da əri Qaurav Bansalın evə qayıtmadığı barədə polisə müraciət edib. O, ərinin fevralda 8 min dollar borc götürdüyünü, 4500-ünün aldadılaraq əlindən alındığını və bu səbəbdən də depressiyaya düşdüyünü bildirib.
Polisin apardığı araşdırma nəticəsində Bansalın cəsədi paytaxt kənarındakı bir bölgədə, əlləri bağlı və ağacdan asılmış şəkildə tapılıb. İstintaqı dərinləşdirən polis 35 yaşlı şəxsin ailəsinin sığortadan pul ala bilməsi üçün kirayələdiyi 4 nəfərə özünü öldürtdüyünü ortaya çıxarıb.
Saxlanılan şübhəlilər verdikləri ifadələrində Bansalın onlarla sosial şəbəkə üzərindən əlaqə qurduğunu və maddi sıxıntıları olduğunu dediyini ifadə ediblər.
Mərhumun onlara özünü öldürməsi qarşılığında 800 dollar ödədiyi və beləliklə sığortadan ailəsinə 13 min dollar veriləcəyinə ümid etdiyi qeyd edilib.
Camal