Münhen Təhlükəsizlik Konfransında Avropa Komissiyasının iqlim üzrə rəhbəri Frans Timmermans bildirib ki, iqlim dəyişikliyinə məhəl qoyulmasa, Avropada "qida və su müharibələri” baş verəcək.
Qaynarinfo CNBC-yə
xəbər verir ki, Timmermans "iqlim təhlükəsizlikdir" deyə vurğulayıb və "dünyanın başqa bir yerində artıq kənd təsərrüfatı məhsulları yetişdirə bilməyəcəkləri üçün" "aclıq epidemiyalarına" dözməli olacaqlarını deyib.
Xatırladaq ki, yanvarın sonunda Financial Times yazmışdı ki, Ukraynada hərbi əməliyyat başlayandan sonra pik qiymətlərlə müqayisədə gübrə və buğdanın qiymətinin azalmasına baxmayaraq, analitiklər hələ də qlobal taxıl bazarı üçün təhlükə görürlər - o cümlədən iqlim dəyişikliyinə görə. 2022-ci ildə Avropada və dünyanın digər yerlərində rekord yüksək temperatur qeydə alınıb.
Alpər