Xəbər lenti

AK-nin sədr müavini Türkiyəni tərəf seçməyə çağırdı: Aİ, NATO, yoxsa...
Dünya05:45 13.10.2023

AK-nin sədr müavini Türkiyəni tərəf seçməyə çağırdı: Aİ, NATO, yoxsa...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas Şərqi Aralıq dənizi və Cənub-Şərqi Avropa Konfransında bildirib ki, Türkiyə Avropa İttifaqı, NATO və onların dəyərlərinin, yoxsa Rusiya, İran, HƏMAS və Hizbullahın tərəfində olmağı seçməlidir.
Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, konfrans Brüsseldə Delfi İqtisadi Forumu tərəfindən təşkil olunub.
Şinas forumun prezidenti Simeon Tsomokos ilə söhbətində bildirib ki, ilk andan bütün 27 Aİ ölkəsi "yekdilliklə İsrailin özünümüdafiə hüququnu tanıyıb, terror hücumunu pisləyib və yüksək səslə terrora haqq qazandıra bilməyəcəyini bəyan ediblər”.
"Türkiyə tarixin hansı tərəfində olmaq istədiyini seçməlidir: bizimlə - Avropa Birliyi, NATO, dəyərlərimiz, Qərbin ruhu ilə, yoxsa Moskva, Tehran, HƏMAS və Hizbullahla. Cavab aydın olmalıdır", - o deyib.
Eyni zamanda, Şinas Türkiyənin immiqrasiya və ticarət kimi sahələrdə Avropa və regionda sabitliyin əsas tərəfdaşı olduğunu bəyan edib.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlərdən danışarkən, o, onların çətinliklərin aradan qaldırılması və Avropa-Türkiyə tərəfdaşlığının bütün potensialının açılması ilə bağlı nikbinlik aşıladığını deyib. Bununla yanaşı, Şinas Ankaranın Rusiyaya qarşı sanksiyalarda iştirak etməməsini tənqid edib.
Bundan əvvəl Türkiyə hakimiyyəti fələstinliləri dəstəklədiyini bəyan etmişdi.
Alpər