Xəbər lenti

Akardan F-35 açıqlaması: “Bilsinlər ki, bu da mümkün olmasa...”
Dünya06:25 23.11.2019

Akardan F-35 açıqlaması: “Bilsinlər ki, bu da mümkün olmasa...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"F-35-ləri almaq heç bir şəkildə mümkün olmasa, hamı bilməlidir ki, başqa alternativlər axtarmağa məcbur olacağıq”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Əl-Cəzirə kanalında "Əl Cəzirə ilə danış" proqramında sualları cavablandırarkən deyib.
"S-400-lər Türkiyənin müdafiə sisteminə birləşdiriləcəkmi, yoxsa "stand alone system” (müstəqil sistemlər) olaraq istifadə ediləcək?" – sualına Akar belə cavab verib: 
"Bunu əvvəldən bəri deyirik. Əlbəttə, bu "stand alone system” kimi qalacaq. Heç bir şəkildə bunu NATO sistemləri ilə birləşdirməyəcəyik. Müstəqil işləyəcəklər”.
Akar Türkiyə ilə ABŞ arasındakı F-35 layihəsi mövzusuyla bağlı suala cavab verərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqton səfərində ABŞ Dövlət başçısı Donald Tramp ilə görüşdə F-35 mövzusuyla bağlı aparılan müzakirəni xatırladıb.
Türkiyənin proqram ortaqlarından biri olaraq üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyinə işarə edən Akar deyib:
"ABŞ başda olmaqla partnyorlarımızdan bizim üzərimizə düşənləri yerinə yetirərkən göstərdiyimiz bu həssaslığı bizə də eyni şəkildə göstərmələrini gözləmək haqqımızdır. Biz onlardan bunu gözləyirik”.
"Biz lap əvvəl S-400-ün yerinə "Patriot” almaq istəyirdik, amma bu, mümkün olmadı. Mümkün olmayanda S-400-ləri aldıq. F35 də hər hansı şəkildə baş tutmazsa, təbii olaraq bizim də başqa variantlar axtarmaq məcburiyyətində qalacağımızı hər kəs başa düşməlidir. Çünki bu bizim silahlı qüvvələrimizin ehtiyacıdır, F35-lər ölkəmizin müdafiəsi və təhlükəsizliyi üçün əhəmiyyətli bir vasitədir”.
Alpər