Xəbər lenti

AKP Ərdoğanın Rusiya səfərini təsdiqlədi
Dünya15:46 28.08.2023

AKP Ərdoğanın Rusiya səfərini təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Rusiyaya səfər edəcək və Kreml rəhbəri Vladimir Putinlə görüşəcək. Bunu Ədalət və İnkişaf Partiyası (AKP) təsdiqləyib.
Qaynarinfo "Daily Sabah”a istinadən xəbər verir ki, bunu qəzetə AKP-nin nümayəndəsi Ömər Çelik deyib.
"Prezident Ərdoğan qlobal ərzaq böhranının qarşısını almaq üçün indiyədək intensiv diplomatiya həyata keçirib", - Çelik bildirib.
Onun sözlərinə görə, Putinlə Ərdoğan arasında görüş Soçidə baş tutacaq.
Partiya hesab edir ki, Türkiyə prezidentinin səfəri Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmasında irəliləyiş demək ola bilər.
Bundan əvvəl Bloomberg agentliyi Putinin Ərdoğanla görüşünün sentyabrın 8-də baş tutacağını bildirib. 
Ötən həftə Ukrayna və Türkiyənin xarici işlər nazirləri Dmitri Kuleba və Hakan Fidan Kiyevdə Qara Dəniz Taxıl Təşəbbüsünün işinin bərpasını müzakirə ediblər.
Nizami Bağırov