Xəbər lenti

AKP-nin Ankara və İzmir bələdiyyə sədrliyinə namizədləri müəyyənləşdi
Dünya10:34 27.11.2018

AKP-nin Ankara və İzmir bələdiyyə sədrliyinə namizədləri müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasınln (AKP) Ankara və İzmir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədləri açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan AKP-nin parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında məlumat verib.
Hakim partiya paytaxt Ankaradan Mehmet Özhasekinin namizədliyi irəli sürüb. İ, AKP sədrinin müavini və keçmiş nazirdir. 
İzmir Böyükşəhər Bələdiyyəsi sədirliyinə isə Nihat Zeybekçi olacaq. O, 2011-ci ildən millət vəkili seçilib. 2013-2015 və 2016-2018-ci illərdə iqtisadiyyat naziri olub.
Ərdoğan bildirib ki, 81 əyalətdən 60-nın bələdiyyə sədrliklərinə namizədlərin adları məlumdur. 21 əyalət üzrə namizədlərin adlarını Cənubi Amerikaya səfərdən qayıtdıqdan sonra açıqlayacaq.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri 2019-cu il martın 31-də keçiriləcək.