Xəbər lenti

AKP təmsilçisi “Atatürk türkə bənzəmir” dedi, istefaya göndərildi
Dünya11:03 19.02.2017

AKP təmsilçisi “Atatürk türkə bənzəmir” dedi, istefaya göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə hakim AKP-nin Mersindəki Anamur Gənclik Qollarının başqanı Hasan Baki Twitter hesabında Mustafa Kamal Atatürkü hədəfə alıb. 
Qaynarinfo.Az cebhe.info-ya istinadən xəbər verir ki, o, “Atatürk olmasaydı deyə bir şey yoxdur.  “Kaş ki olmasaydı” deyə bir həqiqət var. Rəcəb Tayyib Ərdoğan yaxında o həqiqətin möhürünü vuracaq” deyə yazıb. 
Hasan Baki Atatürkün milliyyətini də şübhə altına alıb: “Birinin atası və özünün yeri Selanikdirsə, o selaniklidir. Kimsə Türk, Atatürk deməsin. Orjinalı yunandır, nöqtə. Türkə bənzəmir”. 
Qalmaqallı paylaşımdan dərhal sonra AKP Anamur bölgə başqanı Feyzullah Yılmaz Bakinin istefasını tələb etdiklərini açıqlayıb. Həmçinin Həsən Bakinin bu tələblə razılaşaraq istefa verdiyini və paylaşımların AKP-yə bağlanmadığını söyləyib. 
Baki haqqında cinayət işi açılması üçün CHP Tarsus bölgə katibliyi prokurorluğa müraciət edib. 
Anamur prokurorluğu CHP-nin müraciəti əsasında şəxs haqqında cinayət işi açıldığını bildirib. 
Qaynarinfo.Az