Xəbər lenti

Aksiya iştirakçıları həbs edildi
Dünya05:32 22.06.2013

Aksiya iştirakçıları həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin paytaxtı Ankarada İstanbulun Taksim meydanında etiraz aksiyalarına dəstək vermək üçün nümayişlər təşkil edərək iğtişaşlar törətməkdə təqsirləndirilən 23 nəfər həbs edilib. Bu barədə Trend şənbə günü "Anadolu" agentliyinə istinadən məlumat verir.

Həbs edilənlər məhkəmə iclasınadək ümumi rejimli koloniyada saxlanılacaqlar.

Daha əvvəl verilən məlumata görə, Türkiyədə etiraz aksiyaları zamanı 944 nəfər saxlanılıb.

Qaynar.info