
Qahirədəki Respublika Gözətçiləri qərargahı qarşısında Məhəmməd Mursiyə dəstək verənlərə atəş açılıb.
ANS PRESS-in “Habertürk”-ə istinadən verdiyi məlumata görə, gecə qarşıdurmanın olmadığı Qahirədə ordunun heç bir xəbərdarlıq etmədən səhər namazı zamanı Mursi tərəfdarlarına atəş etdiyi bildirilib.
Nəticədə 52 nəfər ölüb, 300 nəfər isə yaralanıb. Ölənlərdən 5-nin uşaq olduğu bildirilib.