İraqda aksiyaçılar ABŞ-ın Bağdaddakı səfirliyinin binasına daxil olublar.
Qaynarinfo NTV-yə istinadən xəbər verir ki, bundan bir qədər əvvəl səfirlik binası boşaldılıb. Səfirlik binasının bir hissəsində yanğın törədilib.
Qeyd edək ki, bu gün ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Aksiyaya yüzlərlə iraqlı qatılıb. Aksiya iştirakçıları dekabrın 29-da ABŞ hərbi qüvvələrinin İraqda "Xətaib Hizbullah" qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində təşkilatın 25 döyüşçüsü öldürülüb, 55 nəfər yaralanıb. Ölənlərin arasında qruplaşmanın dörd komandiri də var.