Xəbər lenti

Aksiyaçılar Prezident Adminstrasiyasınının önünə toplandılar - BAKIDA
Ölkə09:41 15.08.2014

Aksiyaçılar Prezident Adminstrasiyasınının önünə toplandılar - BAKIDA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 15-də Abşeron rayonu ərazisindəki «Sevil» yaşayış massivinin bir qrup payçısı etiraz aksiyası keçirib.

Qaynar.info Azadlıq Radiosuna istinadla xəbər verir ki, adamlar «Sevil» MTK-nin ofisi qarşısında toplaşaraq rəhbərlikədən tikinti işlərinin dayandırılma səbəbləri ilə bağlı onlara konkret cavab verilməsini tələb ediblər:

«Biz «Sevil» MTK-dan ev tikmək üçün torpaq sahəsi almışıq, amma birdən-birə bizim tikinti işlərimizi dayandırıblar. Rəsmi qurumlar deyirlər ki, bu işdə korrupsiya və vergidən yayınma halları olub və məsələ araşdırılanadək biz tikinti apara bilmərik».

Olke.az-ın verdiyi xəbərə görə, daha sonra aksiyaçılar Prezident Administrasiyasının önünə gəliblər.

Şikayətlərinə heç yerdə baxılmayan aksiya iştirakıları son ümid yeri kimi bura toplaşdıqlarını bildiriblər.

Administrasiyanın qarşısına yığışan etirazçılardan 3 nəfəri administrasiyanın qəbul şöbəsinə dəvət olunublar.

Müxbirimiz xəbər verir ki, etirazçıların nümayəndələrini Administrasiyanın Nailə xanım adlı əməkdaşı qəbul edib və şikayətçiləri dinlədikdə sonra onları yenidən Baş Prokurorluğun Korrupsiya idarəsinə geri göndərib. Nailə xanım aksiyaçılara bildirib ki, Administrasiyadan baş prokuror Zakir Qaralova və Korrupsiya idarəsinin rəhbərinə onların şikayətlərinə yenidən baxıb məsələni mümkün qədər tez bir zamanda həll etmələri tapşırılacaq.

Hazırda aksiyaçılar yenidən Baş Korrupsiya idarəsinə qayıdırlar.

Xatırladaq ki, bir müddət əvvəl «Sevil» massivi MTK-nın təsisçisi və həmin kooperativin direktoru həbs olunublar. Hər iki şəxs «qanunsuz sahibkarlıq» və «vergi ödəməkdən yayınma» da ittiham olunurlar.

Baş Prokurorluğun iyulun 25-də yaydığı məlumatda bildirilir ki, Vergilər Nazirliyi «Sevil» Massivi MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktını aşkar edib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

Məlumata görə, şirkət rəhbərləri 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməyiblər.

O cümlədən, onlar xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub 100 min manata yaxın gəlir əldə etməkdə ittiham edilirlər.

İstintaq hesab edir ki, «Sevil» Massivi MTK-nın məsul şəxsləri həm bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, həm də ayrı-ayrı şəxslərin mülkiyyətində olan «At yalı» və «Sonalı sahəsi» adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edib və vətəndaşlara faizsiz kreditlə satıb.

Qaynar.info