Xəbər lenti

Aksiyada Rusiya bayrağını yandırdılar - FOTO
Dünya17:58 04.10.2013

Aksiyada Rusiya bayrağını yandırdılar - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aksiya iştirakçıları Gürcüstan hökümətini Rusiyaya qarşı baykot mitinqi təşkil etməyə çağırıblar

Region  Gürcüstanın paytaxtında Rusiya bayrağını yandırdılar. ANS PRESS xarici mətbuata istinadən xəbər verir ki,Gürcüstanda siyasi təşkilat olan "Milli Cəbhə" paytaxt Tiblisidə yerləşən hökümət dəftərxanasının önündə aksiya keçirib. 

Rusiyanın ələyhinə şüarlar səsləndirən aksiya iştirakçıları əllərində olan Rusiya bayrağına da od vurublar.

Etirazçılar Rusiyanı Gürcüstana qarşı imperialist mövqe sərgiləməkdə günahlandırıb. 

Aksiya iştirakçıları mitinq zamanı ölkə Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyindən Gürcüstan hərbi bölmələrini Rusiya ilə sərhəddə yerşəldirmələri çağrışını ediblər.

Milli Cəbhə"üzvlərinin fikrincə Gürçüstan höküməti Soçidə təşkil ediləcək olimpiya oyunları zamanı Rusiyaya qarşı baykot mitinqi təşkil etməlidir.

Qaynar.info