Xəbər lenti

Aksiyada tutulanlar azadlığa çıxdı
Dünya12:52 16.07.2013

Aksiyada tutulanlar azadlığa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin "Gezi parkı"nın xalq üçün açıldığı vaxt yaranmış iğtişaşlarda tutulan memar Mücella Yapıcının da olduğu 12 nəfər sərbəst buraxılıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmənin onları azad buraxmasına prokuror Hüseyin Nazmi Okumuş etirazını bildirib.

Qeyd edək ki, Taksim meydanında "Gezi parkı"nda baş verən iğtişaşlarda 50 nəfər saxlanılmışdı. Türkiyə Ədliyyə Nazirliyinin qərarı ilə onlardan 38-i azadlığa buraxılmışdı. Daha sonra saxlanılanlardan 12 nəfər növbətçi məhkəmə tərəfindən azadlığa buraxılıb. Prokuror Hüseyin Nazmi Okumuş isə onların sərbəst buraxılmasına etiraz edib.


Qaynar.info