"Dostlar" serialının ulduzu Mettü Perini faciəvi şəkildə ölməzdən əvvəl onu bir neçə həftə ərzində narkotik vasitələrlə təmin edən həkim Salvador Plasensia məhkəmədə günahını etiraf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
İttihamlar təsdiqlənərsə, Plasensianı 40 ilədək azadlıqdan məhrumetmə və 2 milyon dollar cərimə cəzası gözləyir. İstintaq materiallarına əsasən, həkim dəfələrlə aktyorun evinə gedərək ona ketamin adlı narkotik vasitə vurub. Onların bir neçə dəfə ictimai avtodayanacaqda görüşdüyü və həkimin aktora avtomobilin arxa oturacağında dərman verdiyi də qeyd olunub.
Mettü Perinin ölümü ilə bağlı iş üzrə ümumilikdə beş nəfərə ittiham irəli sürülüb. Onlardan dördü artıq günahını etiraf edib. Yeganə mübahisəli mövqe isə "ketamin kraliçası" kimi tanınan narkotik satıcısı Casvin Sanqhaya aiddir - o, prokurorların iddialarını qəbul etmir.
54 yaşlı aktyor 2023-cü il oktyabrın 28-də ketamin adlı anesteziya vasitəsindən təsadüfi doz artımı səbəbilə dünyasını dəyişmişdi. Bu preparat adətən depressiyanın müalicəsində və rekreasiya məqsədi ilə istifadə olunur. Aktyor haqqında çəkilən sənədli filmdə qeyd olunub ki, ölümündən üç gün əvvəl Periyə həkim tərəfindən təyin olunmuş dozanı xeyli aşan - ümumilikdə 27 doz ketamin verilib.
Aydın
Şərhlər