İdman 14:31 15.01.2024

"Al-Hilal"ın məşqçisi: "Neymarın başqa şeylərə həvəsi var"

Hələ də zədəsini sağaltmaqla məşğul olan Neymarın son görüntüləri diqqət çəkmişdi.

Qaynarinfo-nun məlumatına görə, uzun müddətdir zədə səbəbindən futbol oynamayan hücumçunun artıq çəkisi olduğu görünürdü.  Onun məxsus olduğu "Al-Hilal"ın baş məşqçisi Xorxe Xesus Neymarla Kriştiano Ronaldonu müqayisə edib. O, açıqlamasında, "Ronaldonun futbola daha çox ehtirası var və ona görə də bunu prioritet kimi qoyur. Neymarın isə başqa şeylərə həvəsi var. O, başqa şeylərə üstünlük verir. Hansı ki, bu, onun şəxsi həyatıdır. Amma futbolçu kimi inanılmazdır. Onunla ayyarım keçirdim, məni hər şeydə müsbət mənada təəccübləndirdi. Əvvəla, bəxtim olmadı. Niyə? Neymarla heç vaxt işləməmişdim. Ayyarım işlədik, artıq yox. Bu, işdən kənar bir şeydir. O, asan yol göstərən, çox şirin və anlayışlı uşaqdır".

Yayda "Al-Hilal"la müqavilə bağlayan Neymarın zədələnməsindən sonra onun bu klubdan ayrılacağı da bildirlir.
 


Səbuhi Həsənov