Xəbər lenti

Aland adalarının silahsızlaşdırılması bitir: İlk dəfə NATO bazaları... - KİV
Dünya18:30 22.06.2023

Aland adalarının silahsızlaşdırılması bitir: İlk dəfə NATO bazaları... - KİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Finlandiyada hökumətin dəyişməsi, ölkənin NATO-ya qoşulması və Ukraynada davam edən müharibə ilə əlaqədar Aland adalarının demilitarizasiyası haqqında sazişə yenidən baxa bilər.
Qaynarinfo bu barədə "Politico”ya istinadən xəbər verir.
Adalar tarix boyu qonşu ölkələrin diqqətini cəlb edən Baltik dənizinin strateji əhəmiyyətli marşrutlarında yerləşir. 1856-cı ildən bu ərazi silahsızlaşdırılmış statusa malikdir və bu, bir sıra müqavilələrlə təsdiqlənir. Lakin bəzi finlandiyalı siyasətçilər Rusiyanın Ukraynaya hücumundan 16 ay sonra diqqətini müdafiəsiz Aland adalarına yönəldə biləcəyindən narahat olduqları üçün bu yanaşmadan imtina etmək istəyirlər.
Nəşr yazır ki, Finlandiyanın sağ mərkəzçi Petteri Orponun rəhbərlik etdiyi yeni hökuməti üçün Rusiyanın artan təhlükəsi qarşısında arxipelaqın statusu məsələsi təhlükəsizlik siyasətində prioritet məsələyə çevrilir. Orpo Aland adalarının demilitarizasiyası ehtimalını şərh etməkdən imtina edib, lakin onun milli koalisiya partiyasının üzvləri status-kvonu şübhə altına alıb.
Apreldə parlamentə seçilən Finlandiya kəşfiyyatının keçmiş rəhbəri, general-mayor Pekka Toveri bildirib ki, ərazinin demilitarizasiyası dayandırılmalıdır.
Aydın