Xəbər lenti

Albaniya İranla diplomatik əlaqələri kəsir: “24 saata ölkəni tərk edin”
Dünya12:20 07.09.2022

Albaniya İranla diplomatik əlaqələri kəsir: “24 saata ölkəni tərk edin”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Albaniya İranla diplomatik əlaqələri kəsir. Tirana rəsmi Tehranı iyulun 15-də ölkənin hökumət portallarına kütləvi kiberhücumda ittiham edir.
Qaynarinfo "Albanian Daily News”a istinadən xəbər verir ki, bunu Albaniyanın baş naziri Edi Rama deyib.
"Xüsusi xidmət orqanları sübut edib ki, kiberhücum İran tərəfindən həyata keçirilib və o, Albaniyaya hücum etmək üçün dörd müxtəlif qrupu maliyyələşdirib. İran səfirliyinə rəsmi nota verilib ki, bu da bütün diplomatik personalın 24 saat ərzində Albaniya ərazisini tərk etməsini tələb edir”, - baş nazir bildirib.
Albaniya hökuməti başçısının sözlərinə görə, hələ iyulun 15-də baş vermiş kiberhücumun məqsədi dövlət xidmətlərini iflic etmək, sistemləri silmək və məlumatların oğurlanması olub, bu da Albaniyanın milli təhlükəsizliyinə ziyan vura bilərdi.
Xatırladaq ki, iyul ayının sonunda Albaniyada Azad İranın Ümumdünya Sammitinin keçirilməsi planlaşdırılırdı. Lakin tədbirdən bir həftə əvvəl hökumətin onlayn resurslarına yönəlmiş genişmiqyaslı haker hücumu baş verib. 
Nəticədə həm təhlükəsizlik, həm də terror təhdidləri səbəbindən ölkə hökuməti sammiti ləğv edib.
Nizami Bağırov