Xəbər lenti

Aleksandr Nevzorov: Rus təbliğatçılarının 90%-i ermənilərdir
Dünya06:13 25.09.2023

Aleksandr Nevzorov: Rus təbliğatçılarının 90%-i ermənilərdir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyalı jurnalist və teleaparıcı Aleksandr Nevzorov rus təbliğatında ermənilərin üstünlük təşkil etməsindən şikayətlənib. Eyni zamanda o, ermənilər arasında "rus dünyası”nın fanatiklərini də ironik bir şəkildə sıralayıb.
Qaynarinfo bu barədə Caliber-ə istinadla xəbər verir.
"Bu, təsadüfən baş verib, yoxsa bu Kremlin növbəti "planı”dır, amma reallıqda Rusiya təbliğatçılarının 90%-i ermənilərdir.
"Rus dünyası”nın fanatik və "fanatka”larının ən uzun siyahısını Simonyan açır, davamını isə Keosayan, Qabrelyanov, Baqdasarov, Babayan, Kurqinyan, Mardanyan, Miqranyan və s. davam etdirir.
Şübhəsiz ki, onların hamısı hazırda "rusluğun etalonlarıdır” və həm ümumilikdə həm "böyük rus mədəniyyətinin”, həm də xüsusilə şair Puşkinin təbliğatçılarıdır. Təəssüf ki, hələ Rusiya televiziyalarında onun misralarını söyləmək praktikası yoxdur (Söhbət Puşkinin «Ты трус, ты раб, ты армянин!» misrasından gedir. – Qaynarinfo.). Amma şübhəsiz ki, aparıcı təbliğatçılar bir araya gəlib bu dərslik sətirlərini xorla oxuya bilərdilər”, - Nevzorov yazır.
Alpər