Xəbər lenti

Aleksey Navalnı komadan ayıldı
Dünya13:52 07.09.2020

Aleksey Navalnı komadan ayıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya müxalifətinin lideri Aleksey Navalnı komadan çıxıb və həkimlər onu süni tənəffüs aparatından ayırıblar. 
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Charite” klinkasından bildirilib.
Müxalifət liderinin səhhəti sabit-ağır olaraq qalır.
Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında "Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.