Xəbər lenti

Aleksey Navalnı komaya düşdü (YENİLƏNİB)
Dünya06:53 20.08.2020

Aleksey Navalnı komaya düşdü (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Aleksey Navalnı hazırda komandadır, o, ağciyərlərin süni ventilyasiyası cihazına qoşulub”.
Qaynarinfo xəbər verir ki, bu barədə siyasət Lyubov Sobol "Facebook”da yazıb.
09.20
Rusiya müxalifətinin lideri, Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış "Twitter”də bildirib.
Onun sözlərinə görə, Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı A. Navalnıy özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib.
"Bu gün səhər Navalnı Tomskdan Moskvaya qayıdırdı. Uçuş zamanı halı pisləşib. Təyyarə Omskda təcili eniş edib. Alekseydə toksik zəhərlənmə qeydə alınıb. Hazırda təcili tibbi yardım maşınında xəstəxanaya gedirik. Güman edirik ki, Alekseyin çayına nəsə qataraq onu zəhərləyiblər. Səhərdən bəri içdiyi yeganə şeydir. Həkimlər deyirlər ki, toksin qaynar maye vasitəsilə sürətlə hopub. Hazırda Aleksey huşsuzdur”, - K.Yarmış əlavə edib.