Xəbər lenti

Aleksey Reznikov Ukraynanın müdafiə naziri oldu
Dünya09:09 04.11.2021

Aleksey Reznikov Ukraynanın müdafiə naziri oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada Ali Radanın (parlament) bu gün keçirilən iclasında yeni müdafiə naziri postuna irəli sürülən namizədin məsələsinə baxılıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Radanın Təhlükəsizlik və müdafiə komitəsinin ötən gün namizədliyni irəli sürdüyü Aleksey Reznikov müzakirələrdən sonra müdafiə naziri postuna təsdiqlənib. Onun namizədliyinin lehinə 273 deputat səs verib.
A. Reznikov bu posta qədər Baş nazirin müavini olub. O, Azərbaycan ilə əlaqələr üzrə də kurator olub.
Xatırladaq ki, müdafiə naziri Andrey Taran ötən gün istefa verib.