Xəbər lenti

Ali Radada Yanukoviçin istefası müzakirəyə çıxrıldı - CANLI YAYIM
Dünya09:32 22.02.2014

Ali Radada Yanukoviçin istefası müzakirəyə çıxrıldı - CANLI YAYIM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna Ali Radasında müxalifət oiderləri prezident Viktor Yanukoviçin istefası ilə bağlı qərarın qəbulunu təklif ediblər. 

Musavat.com xəbər verir ki, məlumatı UNİAN yayıb.

“Ali Rada Viktor Yanukoviçdən istefa verməyi tələb etməlidir. Bu, növbədənkənar seçkilərin təyin edilməsi üçün əsas olacaq. Konstitusiyaya görə, seçkilər mayın 25-dən gec olmayaraq keçirilməlidir”, - UDAR partiyasının lideri Vitali Kliçko parlamentin iclasında bildirib.

“Batkivşina” fraksiyasının lideri Arseni Yatsenyuk isə bildirib ki, Ali Radanın qəbul etdiyi qanunların imzalanmaması Yanukoviçin istefası üçün əsasdır.

Bu arada isə Ali Radanın spikeri Vladimir Rıbakın ardınca onun birinci müavini İqor Kaletnik də istefa ərizəsi yazıb.

Qaynar.info