Xəbər lenti

Alim insanları təhdid edən daha bir təhlükəli virusdan danışdı
Dünya15:06 25.05.2021

Alim insanları təhdid edən daha bir təhlükəli virusdan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Meymun çiçəyi virusu insanlar üçün potensial təhlükəlidir. 
Qaynarinfo xəbər verir ki, bu sözləri Moskva Dövlət Universitetinin Biologiya Fakültəsi Virusologiya fakültəsinin professoru Aleksey Aqranovski deyib.
O, COVID-19 pandemiyasından əvvəl donuz qripi və Ebola epidemiyalarının müşahidə edildiyini də xatırladıb. Bu baxımdan mütəxəssis, yeni epidemiyaların təhlükəsi olduğu qənaətinə gəlib, lakin "bu, o demək deyil ki, çaxnaşmaya düşməliyik".
"Sistemli şəkildə işləməliyik. Bu, istiqanlı heyvanların (yarasalar, gəmiricilər), gənə viruslarının, ağcaqanadların və digər artropodların viruslarını öyrənmək üçün lazımdır", - Aqranovski deyib.
Başqa bir mütəxəssis Aleksandr Çepurnov meymun çiçəyinin potensial təhlükə yaradan infeksiyalar siyahısında olduğunu bildirsə də, əslində bu təhlükənin yüksək olmadığı qənaətini dilə gətirib.
Alpər