ABŞ-ın Stenford Universitetində aparılan araşdırma yaşla bağlı sağlamlıq problemlərinin müəyyən dövrlərdə kəskin şəkildə artdığını göstərib.
Qaynarinfo xəbər verir ki, alimlər insan bədənində qocalma prosesinin iki kritik dövrdə sürətləndiyini müəyyən ediblər.
Araşdırmaya görə, əzələ-iskelet sistemi problemləri və ürək-damar xəstəlikləri də daxil olmaqla, yaşla bağlı sağlamlıq problemlərində ani sıçrayışlar müşahidə olunur. Molekulyar və mikroorqanizmalardakı dəyişikliklərin xronoloji olaraq tədricən deyil, kəskin dalğalanmalarla baş verdiyi müəyyən edilib. Bu böyük dəyişikliklərin əsasən 40 yaşların ortalarında və 60 yaşların əvvəlində meydana gəldiyi aşkarlanıb.
Stenford Universitetinin genetikçisi Maykl Snayder deyib: "Biz zamanla tədricən dəyişmirik, bəzi dövrlərdə bədənimizdə dramatik dəyişikliklər baş verir. 40 yaşların ortaları və 60 yaşların əvvəli bu dəyişikliklərin ən çox müşahidə edildiyi dövrlərdir. Üstəlik, hansı molekulyar sinfi araşdırsanız da, bu vəziyyət dəyişmir".
Tədqiqatın əsas müəlliflərindən, metabolomika üzrə mütəxəssis Şiaotao Şen isə qeyd edib ki, bu dəyişikliklərdə qadınlarda klimaksın rolu olsa da, həm kişilərdə, həm də qadınlarda daha böyük təsirə malik olan faktorlar var. Gələcək tədqiqatlar bu amilləri müəyyən etməyə yönəlməlidir".
Alimlər qocalma prosesində ən kəskin dəyişikliklərin orta hesabla 44 və 60 yaşlarında baş verdiyini vurğulayaraq, fiziki aktivliyin artırılması kimi tədbirlərin sağlamlığın qorunmasında köməkçi ola biləcəyini bildiriblər.
Aydın
Şərhlər