Yapon alimləri dəniz suyunda bir neçə saat ərzində həll olan plastik hazırlayıblar. Bu, müasir ekoloji problemə - okeanların çirklənməsinə və vəhşi təbiətə təhlükəyə potensial həll təklif edir.
Qaynarinfo "The Star" qəzetinə istinadən xəbər verir ki, bioparçalanan plastiklərlə təcrübələr uzun müddətdir aparılsa da, Riken Yeni Materiallar Tədqiqat Mərkəzi və Tokio Universitetinin tədqiqatçılarının sözlərinə görə, onların yeni materialı daha sürətlə parçalanır və heç bir iz qoymur.
Tokio yaxınlığındako Vako şəhərindəki laboratoriyada komanda kiçik bir plastik parçasının duzlu su ilə dolu konteynerdə təxminən bir saat qarışdırıldıqdan sonra necə yox olduğunu nümayiş etdirdi.
Komanda hələ kommersiyalaşdırma planlarını təqdim etməsə də, layihə rəhbəri Takuzo Aida qeyd edib ki, onların tədqiqatı, xüsusilə qablaşdırma sənayesi tərəfindən əhəmiyyətli marağa səbəb olub. Axı bütün dünyada alimlər plastik tullantılar problemində innovativ həllər tapmağa çalışırlar.
BMT-nin Ətraf Mühit Proqramının proqnozuna görə, plastik çirklənməsi 2040-cı ilə qədər üç dəfə artacaq və hər il dünya okeanlarına 23-37 milyon ton tullantı əlavə edəcək. Aida deyib: "Uşaqlar yaşayacaqları planeti seçə bilməzlər. Alimlər kimi onlara mümkün olan ən yaxşı mühiti tərk etmək bizim borcumuzdur".
O, həmçinin qeyd etdi ki, yeni material neft əsaslı plastik qədər möhkəmdir, lakin duzun təsiri altında orijinal komponentlərinə parçalanır. Bu komponentlər daha sonra təbii bakteriyalar tərəfindən emal edilə bilər, bu da dəniz həyatı üçün zərərli olan və qida zəncirinə daxil olan mikroplastik əmələ gəlməsinin qarşısını alır.
Mətində deyilir: "Torpaqda da duz olduğu üçün təxminən 5 sm ölçüdə bir parça quruda təxminən 200 saat ərzində parçalanır".
Aydın
Şərhlər