Xəbər lenti

Alimlər bu planetlə bağlı yeni faktlar üzə çıxardı
Dünya19:55 26.03.2015

Alimlər bu planetlə bağlı yeni faktlar üzə çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Alimlər Saturnda bir sutkanın nə qədər davam etdiyini müəyyən ediblər. ANS PRESS-in məlumatına görə, Günəş sisteminin altıncı planetində aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, burada bir sutka əvvəl müəyyən olunan vaxtdan bir neçə dəqiqə daha azdır.
1981-ci ildə "Voyacer-2" cihazı ilə aparılan tədqiqatlar zamanı Saturnda bir sutkanın davamiyyət müddəti 10 saat 39 dəqiqə 22,4 saniyə olub. Lakin 2004-cü ildə Saturna çatan "Kassini"nin hesablamaları bu müddətin 8 dəqiqə daha uzun olduğunu göstərdi - 10 saat 47 dəqiqə 6 saniyə. "Kassini" ilə növbəti dəfə aparılan hesablamalarda isə zaman fərqi bir az da artıb - 10 saat 32 dəqiqədən 10 saat 47 dəqiqəyə qədər.
Belə fərqli nəticələrdən sonra mütəxəssislər Saturnun səthində 1 sutkanın nə qədər davam etdiyini müəyyən etmək üçün planetin cazibə qüvvəsinin də nəzərə alınması şərtilə onun nəzəri modelini yaradıblar. Bu təcrübədə alınan nəticə isə mütəxəssisləri daha çox qane edib - 10 saat 33 dəqiqə. Araşdırmanın iştirakçılarından biri olan Təl-Əviv Universitetindən Ravit Helled bildirib ki, bu nəticə əvvəlki rəqəmlərə daha çox uyğun gəlir, baxmayaraq ki, o, tamam fərqli üsullarla əldə edilib.
Qaynar.info