Xəbər lenti

Alimlər bunu da icad etdilər
Dünya05:49 28.09.2013

Alimlər bunu da icad etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstriya alimləri dünyanın ən kiçik mikroskopunu icad edib.
Yeni mikroskop bir iynə ucu qədər ölçüsü ilə bədənin içinə girərək xərçəng hüceyrələrini aşkar edə biləcək. Yeni icad hər il yüzlərlə xəstənin həyatını itirdiyi döş xərçənginin müalicəsində inqilab edəcək. Professor Robert Mclaughlin yeni kəşf olunan cihazın üstünlüklərindən danışıb.

Professor, Robert Mclaughlin: “Kəşfimizin ilkin səbəbi cərrahlara kömək ola bilməkdi və artıq həkimlər əməliyyat zamanı toxumada daha çox xərçəngli hüceyrə olub olmadığını öyrənib, bütün deformasiya olunan toxumaları götürə biləcək”.

Qərbi Avstriya Üniversitetinin təqdiqat qrupu bir iynə dəliyindən kiçik olan mikroskopla 3 ölçülü görüntülər əldə edə bilir və mikroskopu insan dərisinin altında istifadə edə bilir.
Döş xərçəngi mütəxəsisi olan Christobel Saunders, bir cərrah olaraq bir neçə dəfə riskli cərrahiyyə əməliyyatlarında “Nano” mikroskopu istifadə edərək yalnız bir əməliyyat ərzində bütün xərçəngli toxumaları təmizləyə bildiklərini deyir.

Cərrah, Christobel Saunders: “Həqiqətən mikroskopik ölçüdə bütün şişləri görəbilirik yəni bir mənada canlı rentgen çəkmiş oluruq”.

Alimlər artıq yeni icadın beyin və ağ ciyər xərçəngi kimi daha xırdalıqla araşdırılması vacib orqanlarda da istifadəyə başlanılacağının mümkünlüyünü bildirirlər.//Anspress