Xəbər lenti

Alimlər: Gecə işləmək xərçəng yaradır
Dünya18:25 05.12.2016

Alimlər: Gecə işləmək xərçəng yaradır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Alimlər iddia edirlər ki, prostat vəzin xərçənginin yaranması gecə saatlarında işləmək ilə əlaqədardır. 

Qaynarinfo.Az Oxu.az-a istinadən xəbər verir ki, Kvebek universitetinin tədqiqatçılarının araşdırmalarına görə, gecə saatlarında işləyən kişilərdə, gündüz növbəsində işləyən kişilərə nisbətən prostat vəzinin xərçənginin yaranma riski 3 dəfə artıqdı. Onlarda həmçinin bağırsaq, sidik kisəsi, ağciyər xəstəliklərinin inkişafetmə riski də yüksəkdir.

Əvvəlki tədqiqatlar qadınların da gecə saatlarında işləməyin qurbanı ola biləcəyini göstərib, belə ki, onlarda süd vəzisinin xərçəngi inkişaf edə bilər. 

Mütəxəssislər gecə növbələri melatonin – yuxu və gümrahlıq rejimini tənzimləyən hormonun məhv edilməsi üzündən orqanizmə zərər vurur. 

Alimlər həmçinin qeyd ediblər ki, ən çox riskə məruz qalanlar 10 ildən çox gecə növbəsində çalışanlardır. 

Qaynarinfo.Az