
Çində elmi araşdırma məqsədilə ölən cütlük dondurulub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 49 yaşında ağciyər xərçəngindən vəfat edən Xan Venan və həyat yoldaşı Ci Cunimin Çində ilk dəfə tətbiq edilən sistemlə 2 min litr azot içində üzü üstə yatırılaraq dondurulublar. "Cryonics" adlanan bu sahədə zaman çox vacibdir, insanın ürək döyüntüləri dayanan kimi bədən dondurulur. Dondurma dedikdə bir növ soyutma nəzərdə tutulur. Belə ki, bədən aşağı temperaturda saxlanılır, çürüməməsi və soyuğun təsirindən zərər görməməsi üçün qoruyucu kimyəvi maddələrdən istifadə edilir.
Araşdırmanın məqsədi gələcəkdə insanı yenidən diriltməyin mümkün olub-olmayacağını müəyyənləşdirməkdi. Alimlər belə bir şeyin mümkünlüyünü istisna etmir.
Gülşən
Qaynarinfo.Az