Xəbər lenti

Alimlər kainatda nəhəng obyekt aşkar etdilər
Dünya13:21 10.03.2016

Alimlər kainatda nəhəng obyekt aşkar etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniya, Estoniya, ABŞ və Böyük Britaniyanın astrofizikləri Kainatda nəhəng obyekt - qalaktik sistem aşkar ediblər.

Qaynar.info oxu.az-a istinadən bildirir ki, müəlliflərin tədqiqatları arxiv.org saytında dərc edilib, qısa şəkildə "New Scientist"də məlumat verilib.

Alimlər Günəş sistemindən 4,5-6,4 milyard işıq ili uzaqlıqda 830 qalaktikadan ibarət fövqəltoplanmanı aşkar ediblər. Uzaq obyekt bizim kəhkəşandan təxminən 10 min dəfə ağırdır. Səthin diametri 180 meqaparsek kimi dəyərləndirilir.  

Fövqəltoplanmanı BOSS (Baryon Oscillation Spectroscopic Survey) məlumat bazasının yardımı ilə aşkar ediblər. Hazırda qalaktikaların açıq sistemdə dinamikasını müşahidə edə bilmirlər, belə ki, sonuncular Yer kürəsindən çox uzaq məsafədədirlər.

Alimlərin fikrincə, kəhkəşan və yaxınlıqda olan qalaktikalar əsasən də "Andromeda Dumanlığı" digər "Laniakea" (havay dilindən tərcümədə - "Sərhədsiz səma") fövqəltoplanma qrupuna daxildir.

"Laniakea" ilə 160 meqaparsekə yaxın diametri olan kəsik sərhədlənir, bu isə Kəhkəşanın diametrindən beş min dəfə böyükdür. Fövqəltoplanmanın çəkisi qalaktikanın çəkisindən 100 min dəfə artıqdır.

Qaynar.info