Xəbər lenti

Alimlər Kaliforniyada "zombi meşələri" tapdı
Dünya09:33 08.03.2023

Alimlər Kaliforniyada "zombi meşələri" tapdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tədqiqatçılar hesab edirlər ki, Amerikanın Sierra Nevada ştatındakı iynəyarpaqlıların təxminən 20%-i hazırda onların böyüdüyü iqlimə uyğun deyil. 
Qaynarinfo bu barədə "Insider"ə istinadən xəbər verir.
Qeyd olunur ki, belə meşələr iqlim dəyişikliyi şəraitində sağ qalmağa qadir olan "zombi meşələri” adlanır.
Berklidəki Kaliforniya Universitetinin tədqiqatçıları tərəfindən aparılan bir araşdırma, Kaliforniyadakı bəzi ağac növlərinin, o cümlədən şamların ekoloji ətalət səbəbindən hələ də quraqlıq və digər ekstremal şəraitdə yaşaya bildiyini müəyyən edib.
Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, bu, yalnız elm adamlarının fikrincə, "ölümü müvəqqəti aldadan" yetkin ağaclara aiddir. Lakin cavanlar sadəcə olaraq uyğun olmayan iqlimdə sağ qala bilməzlər və zaman keçdikcə "zombi meşələri" sadəcə yox olacaq. 
Alpər