Xəbər lenti

Alimlər kosmosun bəşəriyyətin inkişafına necə təsir göstərdiyini kəşf etdi
Dünya15:09 11.04.2020

Alimlər kosmosun bəşəriyyətin inkişafına necə təsir göstərdiyini kəşf etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu 13 min il əvvəl Yerə düşən kometin Yaxın Şərqdə kənd təsərrüfatının yaranmasına səbəb ola biləcəyini kəşf edib. Bu bölgə kənd təsərrüfatının inkişaf mərkəzlərindən biri hesab olunur. 
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Scientific Reports”da (Elmi Hesabatlar) dərc olunub.
Qazıntılar zamanı arxeoloqlar müxtəlif nümunələr, həmçinin şüşə toplar - sferulalar aşkar edib. Onlar tərkibi kometlərin və asteroidlərin düşməsi səbəbindən yaranan yüksək temperaturda ərimiş minerallardan ibarətdir.
Tədqiqatçılar sferulaların mövcudluğunun təqribən 12-11 min il əvvəl baş vermiş qlobal soyumanın Yer kürəsinin kosmik cisimlə toqquşması nəticəsində yaranması fərziyyəsinin sübutu olduğunu düşünürlər.
Alimlər sferulaların insan fəaliyyəti səbəbindən yarana bilməməsi qənaətinə gəliblər, çünki onların meydana gəlməsi üçün lazım olan temperatur həddindən artıq yüksəkdir. Bundan əlavə, qazıntı sahəsindəki yaşayış məntəqəsinin bir hissəsi zərbə dalğası ilə məhv ola bilərdi.
Buna baxmayaraq, sağ qalanlar bu yerdə yaşamağa davam edib və kənd təsərrüfatını inkişaf etdirməyə başlayıb. Bu, fəlakət səbəbindən ərazidəki vəhşi ekosistemlərin qida tapmaq üçün əlverişli olması ilə əlaqədardır.
Alpər