Xəbər lenti

Alimlər qırmızı yosunlarda HİV-i öldürən maddə tapdı
Sağlamlıq09:49 29.12.2021

Alimlər qırmızı yosunlarda HİV-i öldürən maddə tapdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyalı alimlər Sakit okean qırmızı yosunlarında HİV virusunun bir hissəsini məhv edə bilən maddə aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, bu məlumat "International Journal of Molecular Sciences” jurnalında dərc olunub.
Dəniz yosununda çoxlu miqdarda karagenan şəkərinin olduğu bildirilir. Bu maddə insanın immunçatışmazlığı virusunun hissəcikləri ilə bağlana və xəstəliyin immun hüceyrələrə daxil olmasına mane ola bilər.
Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Sakit Okean Bioüzvi Kimya İnstitutunun elmi işçisi İrina Ermak qeyd edib ki, təcrid olunmuş maddələr zəhərli deyil.
"Kiçik konsentrasiyalarda onlar yüksək virus əleyhinə, o cümlədən HİV-ə qarşı aktivliyə malikdirlər. Maddə Tichocarpus crinitus növünün yosunlarında tapılıb”, - deyə mütəxəssis əlavə edib.
Alpər